
Bakı. Trend:
“Jirona” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər
verir ki, La Liqa klubu “Aston Villa”dan Aleks Morenonu transfer
edib.
“Jirona” 32 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubuna 2
milyon avro təzminat ödəyib.
İspaniyalı futbolçu ilə 2027-ci ilin yayında kimi nəzərdə
tutulan müqavilə imzalanıb.