
Bakı.Trend:
Paytaxt sakini olan iki nəfərin bank kartından ümumilikdə 3900
manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət
ediblər.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə
şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən
olunaraq saxlanılıblar.
Qeyd edilib ki, faktlarla bağlı araşdırmalar aparılır.

