
Bakı.Trend:
Binəqədi rayonu, Biləcəri qəsəbə sakininə məxsus yük
avtomobilindən 1200 manat dəyərində tikinti materialları
oğurlanıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir
olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı
F.Əliyev, 23 yaşlı Ə.Bağırov və 21 yaşlı N.Səfərəlizadə müəyyən
olunaraq saxlanılıblar.
Qeyd edilib ki, Nəsimi rayonunda isə bir nəfərin mobil telefonu
və qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş
43 yaşlı E.Qasımov da polis əməkdaşları tərəfindən tutulub.
Məlumatda bildirilib ki, faktlarla bağlı araşdırmalar davam
etdirilir.

