
Laçın.Trend:
Laçın rayonunun Sus kənd tam orta məktəbinin tarixində bir ilk
yaşanıb.
Trend xəbər
verir ki, 2024-2025-ci tədris ilində fəaliyyətə başlayan Laçın
rayonunun Sus kənd tam orta məktəbinin ilk məzunlarının hər biri
tələbə adını qazanıb.
Qeyd edilib ki, tarixən bu kənddə tam orta məktəb səviyyəsində
təhsil olmayıb. Beləliklə, Sus kənd tam orta məktəbi həm tarixində
ilk dəfə tam orta təhsil verib, həm də imtahan nəticələrində parlaq
uğura imza ataraq ikiqat tarix yazıb. Bu nailiyyətdə müəllimlərin
fədakarlığı, şagirdlərin zəhməti və valideynlərin dəstəyi böyük rol
oynayıb.
Məzunlar və qəbul olduqları ali məktəblər aşağıdakı kimidir:
• Atakişiyev Ayşən Xaqani – Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Xarici dil müəllimliyi (ingilis dili üzrə)
• Muradlı Pəri Fuad – Azərbaycan Dillər Universiteti, Xarici dil
müəllimi (alman dili üzrə)
• Muradzadə Nihat Oqtay – Bakı Slavyan Universiteti, Tərcümə
(Azərbaycan dili-alman dili)
Sus kəndinin ilk məzunlarının uğuru gələcək nəsillərə örnək
olacaq. Azad torpaqların azad məzunlarını ürəkdən təbrik edir,
onların uğurlarının davamlı olacağına inanırıq.