
Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 9,5 milyon manat
dəyərində dərman istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, dərman istehsalı ötən ilin eyni dövrü ilə
müqayisədə 2,1 milyon manat və ya 29% çoxdur.
Belə ki, 2024-cü ilin ilk 7 ayında ölkədə 7,3 milyon manat
dəyərində dərman istehsal edilmişdi.
Cari ilin avqustun 1-i tarixinə ölkədə 480,3 min manatlıq hazır
dərman ehtiyatı var.
Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 1,9 milyon ədəd
tibbi maska istehsal edilib ki, bu da illik müqayisədə dəyişməsə də
son iki ildə 0,4 milyon ədəd və ya 26,7% artım deməkdir.

