
Bakı.Trend:
“Arsenal”ın qapıçısı Karl Heyn karyerasını Almaniyada davam
etdirəcək.
Trend xəbər
verir ki, o, icarə əsasında “Verder”ə keçib. Bu haqda klubun
mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Heyn ötən mövsümü icarə əsasında “Valyadolid”də
keçirib. Estoniyalı futbolçu La Liqada 31 oyuna çıxıb və 68 qol
buraxıb.