Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalının həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1 430 ədəd noutbuk
istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 424
ədəd və ya 42,1% çoxdur.




Bundan başqa, bu ilin ilk 7 ayında Azərbaycanda 2 144 ədəd
stolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 1 168 ədəd, yaxud da 2,2 dəfə
çoxdur.

Qeyd edək ki, kompüter, elektron və optik məhsulların, elektrik
avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul
aylarında 155,6 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının
istehsalı 12,2%, kompüter, elektron və optik məhsulların istehsalı
isə 20% azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir