Azərbaycanda viski istehsalı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 282,8 min dekalitr (1
dekalitr=10 litr) viski və brendi istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, viski və brendinin istehsalı ötən ilin eyni dövrü
ilə müqayisədə 30,2% və ya 122,5 min dekalitr azalıb.




Belə ki, 2024-cü ilin ilk yeddi ayında Azərbaycanda 405,3 min
dekalitr viski və brendi istehsal edilmişdi.

Bu ilin avqustun 1-nə viski və brendi istehsalında Azərbaycanda
hazır məhsul ehtiyatı 315,5 min dekalitr təşkil edib.

Ümumilikd., 2025-ci ilin yanvar-iyul aylarında ölkədə əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında
10,6%, tütün məmulatlarının istehsalında isə 8,1% artım, içki
istehsalında isə 1,2% azalma müşahidə olunub.