Qubada mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba
rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə
yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.




Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir