ABŞ “Intel” şirkətində pulsuz 10 faizlik paya malik olacaq

Baş səhifə

Bakı. Trend:

Prezident Donald Trampın bağladığı yeni müqaviləyə əsasən,
Birləşmiş Ştatlar “Intel” şirkətində 10% paya malik olacaq.

Trend xəbər verir ki, bu
barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkə hesabında
yazıb.




O qeyd edib ki, səhmlər ABŞ-yə pulsuz çatacaq.

“Sövdələşmə barədə şirkətin baş direktoru Lip-Bu Tan ilə
razılığa gəldim. Səhmlər hazırda təxminən 11 milyard dollar
dəyərindədir”, – Tramp əlavə edib.