
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı
həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və
beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
Trend xəbər verir ki, bu
barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Rusiya
ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər,
siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri də
müzakirə olunub.
Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22
avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə
fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək
qiymətləndiriblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
mövzular ətrafında fikir mübadiləsi aparılıb.

