
Bakı. Trend:
Türkiyənin “Fənərbağça” komandası heyətinə yeni futbolçu
qatıb.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Vest
Hem” komandasından Edson Alvaresi icarə əsasında transfer edib.
Meksika millisinin yarımmüdafiəçisi 2025-2026-cı illər
mövsümündə Türkiyə klubunun formasını geyinəcək. “Fənərbağça”
mövsümün futbolçusunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Edson Alvares “Vest Hem”ə 2023-cü ildə Niderlandın
“Ayaks” klubundan keçib.