
Bakı. Trend:
Rusiyada xarici vətəndaşlar üçün elektron vizanın qüvvədə olma
müddəti 120 günə qədər artırılıb, viza ilə qalma müddəti isə 30 gün
təşkil edəcək.
Trend xəbər verir ki, bu
barədə rus KİV-ləri məlumat yayıb.
Məlumata görə, əvvəllər elektron viza 60 gün qüvvədə olduğu
halda, qalma müddəti 16 günü keçmirdi. Yeniliklər yalnız birdəfəlik
vizalara aiddir.
Rusiya Xarici İşlər Nazirliyindən qeyd edilir ki, bu addım
miqrasiya nəzarəti səviyyəsini və milli təhlükəsizlik tələblərini
azaltmadan, xarici turistlərin, işgüzar və humanitar ziyarətçilərin
axınını artırmağa imkan verəcək.