
Bakı. Trend:
“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar etmək
niyyətindədir.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, şirkət problemli məzmunları dəyərləndirmək üçün
süni intellektdən istifadə etməyə başlayıb və bu proses xüsusilə
etimad və təhlükəsizlik bölməsində çalışan moderatorların işlərini
risk altına salır. Hazırda platformadan qaydaları pozduğuna görə
silinən videoların 85 faizdən çoxu avtomatlaşdırılmış alətlər
tərəfindən aşkarlanır.
Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyada qüvvəyə minən
“Onlayn təhlükəsizlik aktı”na görə, sosial şəbəkələr zərərli
məzmunun yayılmasının qarşısını ala bilmədikləri halda böyük
məbləğdə cərimələrlə üzləşə bilərlər.

