Ermənistanda Rusiya hərbi bazasının Gümrüdən çıxarılması tələbilə aksiya keçirilib

Baş səhifə

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir.

Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hərbi baza yaxınlığında keçirilən aksiyanı “Respublika naminə” Partiyası və onun tərəfdarları təşkil edib.

Etirazçılar Ermənistan hökumətindən Rusiya hərbi bazasının ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edirlər.