Erməni bloger Rusiyada tutuldu

Baş səhifə

Erməni bloger Arsen Markaryan Rusiyada saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

O, Moskva vilayətində tutulub və yaxın vaxtlarda dindirilmək üçün istintaq şöbəsinə aparılacaq. 

Komitə bildirib ki, bloger Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinir. Faktla bağlı cinayət işi açılıb. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir