
Bakı. Trend:
Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Nəsr” və
“Əl-Əhli” üz-üzə gəlib.
Trend xəbər verir
ki, 2:2 hesabı ilə başa çatan görüşdə “Əl-Nəsr”in qollarını
Kriştiano Ronaldo (penaltidən) və Brozoviç, “Əl-Əhli”nin qollarını
isə Kessei və İbanez vurublar.
Reqlamentə əsasən, əlavə vaxt oynanılmayıb və qalib penaltilərlə
müəyyənləşib. Lotoreyada daha dəqiq olan “Əl-Əhli” 5:3 hesabı ilə
qalib gələrək kuboku qazanıb. Bununla da Ronaldonun Superkubok
tituluna sahib olmaq arzusu yenə reallaşmayıb.
Qeyd edək ki, portuqaliyalı hücumçu futbol tarixində dörd
müxtəlif klub və milli komandada 100-dən çox qol vuran ilk oyunçu
olub: Madrid “Real”ında – 450, “Mançester Yunayted”də – 145,
“Yuventus”da – 101, Portuqaliya millisində isə 138 qol.