
Bakı. Trend:
Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə
qoşulmağa, həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində
Ukraynaya hərbçi göndərilməsi imkanını nəzərdən keçirməyə
hazırdır.
Trend xəbər verir
ki, bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun
efirində deyib.
“Mən dünən Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşdüm, çox
faydalı söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin
minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Bununla yanaşı,
yerüstü minaların təmizlənməsində iştirak imkanlarını da nəzərdən
keçirirlər”, – səfir bildirib.
O, əlavə edib ki, Türkiyə Ukraynaya hərbçi göndərməyə hazır olan
10 ölkədən biridir: “Biz Türkiyənin bu istiqamətdə atdığı addımları
yüksək qiymətləndiririk”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski
də Türkiyənin təhlükəsizlik zəmanətində iştirak etməyə hazır
olduğunu açıqlamışdı.