Türkiyədə bu il 5 mindən çox yanğın qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin əvvəlindən indiyədək Türkiyənin yaşıllıq sahələrində 5
min 399 yanğın baş verib. Onlardan 2 min 311-i meşəlik ərazilərdə,
3 min 88-i isə meşəlikdən kənarda qeydə alınıb. Yanğınlar
nəticəsində ümumilikdə 69 min hektar meşə sahəsi zərər görüb.

Trend xəbər verir
ki, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə bağlı Meşə
Təsərrüfatı Baş İdarəsinin (OGM) inventarındakı hava vasitələri bu
il meşə yanğınları ilə mübarizə çərçivəsində ümumilikdə 19 min 170
saat uçuş həyata keçirib.




Təyyarələr 4 min 240, helikopterlər 10 min 593, pilotsuz uçuş
aparatları isə 4 min 337 saat havada olub. Yanğınların
söndürülməsinə 27 təyyarə, 105 helikopter, 14 PUA, 5 min 359 quru
texnikası və 25 min nəfərlik heyət cəlb olunub. Bu müddətdə 162 min
514 ton su sərf edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir