
Bakı. Trend:
Misli Premyer Liqasının II turu çərçivəsində keçirilən daha bir
oyunda “Kəpəz” və “Karvan-Yevlax” qarşılaşıb.
Trend-in
məlumatına görə, Yevlax təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.
Qalibiyyət qollarını 38-ci dəqiqədə penaltidən Coy Sleyd Mikels,
52-ci dəqiqədə Tompson Qavi və 89-cu dəqiqədə Kayl Spens vurub.
“Kəpəz”in qollarını 77-ci dəqiqədə Məqsəd İsayev və 90+6-cı
dəqiqədə Vitor Feyjao qeyd edib.
Qeyd edək ki, turun əvvəlki matçlarında “İmişli” “Neftçi” ilə
0:0 bərabərə qalıb, “Sumqayıt” isə səfərdə “Qarabağ”ı 1:0 hesabı
ilə məğlub edib. Digər qarşılaşmalar avqustun 24 və 25-də
keçiriləcək.