
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Metbuat.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, Qostomel qəsəbəsində yaşayan Orucov Əfqan Hümbət oğlu avqustun 19-da Sumi vilayətində döyüş zamanı həyatını itirib.
Məlumata görə, o, ərazi müdafiə taborunun pilotsuz uçuş aparatlarının idarəsi üzrə bölməsində xidmət edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

