
Bakı. Trend:
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı sona
yaxınlaşır.
Trend xəbər verir
ki, yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri
kürsüyə qalxıb.
Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin
mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və
gümüş medalı boynundan asıb.
Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4
hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf
Aşrapova “tuş”la uduzub.
Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb.
Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq)
gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan
Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal
qazanıb.