Göygöldə avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb

Baş səhifə

Göygöldə iki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

“VAZ” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində Ə.Ələkbərov və onun övladları T.Ələkbərovla K.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir