Ebereçi Eze “Arsenal”da

Baş səhifə

Bakı. Trend:

“Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze artıq “Arsenal”ın
futbolçusudur.

Trend xəbər verir
ki, transferin dəyəri 79 milyon avro təşkil edib. Müqavilənin
müddəti 2030-cu ilə qədərdir. Futbolçu yeni komandasında 10 nömrəli
forma ilə çıxış edəcək.




“Arsenal”ın baş məşqçisi Mikel Arteta transferi yüksək
qiymətləndirərək bildirib

“Ebereçini “Arsenal”a gətirdiyimiz üçün çox şadıq. O, hücum
oyunumuza yeni səviyyə qatacaq qədər güclü oyunçudur. Onun keçdiyi
yol, mentaliteti və ambisiyası bizim heyətimizdə tam olaraq
istədiyimiz keyfiyyətlərdir. Biz onun və ailəsinin klubumuza
qoşulmasını böyük dəyər kimi görürük. Hamımız tezliklə Ebereçi ilə
işləməyi səbirsizliklə gözləyirik”.