
Bakı. Trend:
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza
Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr
Stubb və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı
aparıb.
Trend xəbər verir
ki, CAR Prezident Administrasiyasının məlumatına görə, söhbətlər
zamanı liderlər Cənubi Afrikanın Rusiya-Ukrayna münaqişəsinin
həllindəki rolunu yüksək qiymətləndiriblər.
Ramafoza həm Rusiya, həm də Ukrayna liderləri ilə yanaşı ABŞ
prezidenti arasında da ikitərəfli və üçtərəfli görüşlərin
keçirilməsinin vacibliyini qeyd edib. O, bütün tərəfləri bu
fürsətdən yararlanmağa və sülhə nail olmaq üçün səyləri davam
etdirməyə çağırıb.
Məlumatda həmçinin bildirilib ki, yaxın günlərdə və həftələrdə
digər Avropa liderləri ilə də danışıqlar planlaşdırılır.