Poçt xidmətləri ABŞ-yə bağlamaların çatdırılmasını dayandırır

Baş səhifə

Bakı. Trend:

Bütün dünyada poçt operatorları ABŞ-nin yeni gömrük qaydalarına
görə ölkəyə bağlamaların çatdırılmasını dayandırmağa
başlayıblar.

Trend-in
“Bloomberg”ə istinadən verdiyi xəbərə görə, avqustun 29-dan
etibarən ABŞ 800 dollara qədər olan malların rüsumsuz idxalına
imkan verən “de minimis” qaydasını ləğv edir. Bu istisna hər gün
ölkəyə daxil olan 4 milyondan çox bağlamaya aid idi və xüsusilə
“Shein Group Ltd” və “Temu” kimi onlayn pərakəndəçilər tərəfindən
geniş istifadə olunurdu.

Yeni qaydalara əsasən, mənşə ölkəsindən asılı olmayaraq bütün
mallar gömrük nəzarətindən keçəcək və rüsum tutulacaq. Yalnız 100
dollardan ucuz mallar bundan azad ediləcək.




Səlahiyyətlilər bildirirlər ki, bu addım qeyri-qanuni malların
idxalının qarşısını almaq və tədarük zəncirlərinə düşən yükü
azaltmaq məqsədi daşıyır. Xüsusilə, bağlamaların fentanil kimi
narkotiklərin qaçaqmalçılığı üçün istifadə edilməsindən narahatlıq
ifadə olunub.

Beynəlxalq poçt xidmətləri isə yeni tələblərə etiraz olaraq
ABŞ-yə çatdırılmanı müvəqqəti olaraq dayandırır və ya
məhdudlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir