
Bakı. Trend:
Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburq və Moskvaya
nəzərdə tutulan uçuşlar təxirə salınıb.
Trend-in
məlumatına görə, Gəncədən Sankt-Peterburqa saat 16:40-da baş
tutmalı olan reys qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Moskvaya saat 03:05-də həyata keçirilməsi planlaşdırılan uçuş isə
səhər saat 08:00-10:00 aralığında icra ediləcək.
İlkin məlumata əsasən, reyslərin təxirə salınmasına Rusiyanın
hava məkanının bağlanması səbəb olub.
Bildirilib ki, Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya isə 156
sərnişin bilet alıb.