
Bakı. Trend:
Kanadanın baş naziri Mark Karni avqustun 25-dən 27-dək Polşa,
Almaniya və Latviyaya rəsmi səfər edəcək.
Trend-in
məlumatına görə, bu barədə Kanada baş nazirinin mətbuat xidməti
açıqlama yayıb.
Bəyanatda qeyd olunur ki, Karni Avropa müttəfiqləri ilə
münasibətləri gücləndirməyə və ticarət, enerji, kritik minerallar
və kollektiv müdafiə kimi əsas sahələrdə əməkdaşlığı inkişaf
etdirməyə diqqət yetirəcək.
Sənəddə həmçinin bildirilir ki, baş nazir Berlinə səfəri zamanı
Almaniya kansleri Fridrix Mertslə görüşəcək.