
Bakı. Trend:
2025-ci ilin birinci yarısında “Səngəçal” terminalından 106
milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas
hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib.
Bu barədə Trend-ə
bp-yə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixracın
həcmi 110 milyon barel olub, beləliklə, göstərici illik müqayisədə
3,6 faiz azalıb.
Göstərilən müddətdə “AÇG” və “Şahdəniz” yataqlarından neft və
qaz sualtı boru kəmərləri ilə Səngəçal terminalına axmaqda davam
etmişdir.
Bu gün terminalın gündəlik gücü 1,2 milyon barel neft və
kondensat, həmçinin “Şahdəniz” yatağından təqribən 81 milyon
standart kubmetr qazdır. Qazın emalı və ixracı üzrə ümumi gücü, o
cümlədən AÇG-dən səmt qazı sutkada 100 milyon standart kubmetrə
çatır.