Luka Modriç İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçu olub

Baş səhifə

“Milan”da çıxış edən Luka Modriç İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçudur.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi buna I turda “Kremoneze” ilə matçda meydana çıxmaqla nail olub.

O, A Seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib.

Qeyd edək ki, qarşılaşma “Milan”ın məğlubiyyəti ilə bitib – 1:2.