
İrlandiya Prezidenti Maykl D. Hiqqins BMT-ni Qəzzada humanitar dəhlizlərin açılması üçün hərbi qüvvə formalaşdırmağa çağırıb.
APA-nın xəbərinə görə, İrlandiya Prezidenti RTE telekanalına müsahibəsində belə təşəbbüslə çıxış edib.
Maykl D. Hiqqins bildirib ki, BMT Nizamnaməsi Təhlükəsizlik Şurası veto tətbiq etsə belə, Baş Assambleyanın dəstəkləyəcəyi təqdirdə Baş katibə humanitar dəhlizlərin açılması üçün hərbi qüvvə formalaşdırmağı tələb etmək hüququ verir.
İrlandiya Prezidenti qeyd edib ki, BMTBaş Assambleyanın qlobal səviyyədə əhəmiyyətinin təsdiqlənməsi vacibdir: “Əgər Assambleya daxilində müəyyən dəstək olsa, BMT Baş katib Qəzzaya humanitar dəhlizin yaradılması üçün qüvvələrin yaradılmasını tələb edə bilər”.