ABŞ-də məktəb avtobusu qəzaya uğrayıb, onlarla insan xəsarət alıb

Baş səhifə

ABŞ-nin Pittsburq şəhəri (Pensilvaniya) yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində Amerikanın gənclərdən ibarət futbol komandasının azı 21 futbolçusu xəsarət alıb.

Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Məlumata görə, avtobusda Alikippa orta məktəbinin 25 futbolçusu və onları müşayiət edən 3 böyük olub. Qəza yolun çətin keçilən hissəsində baş verib.

Polis hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Komandanın feysbuk hesabı hadisəni təsdiqləyərək, bütün futbolçuların müayinədən keçdiyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir