
Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
saat 09.52
Lənkəranda 32 yaşlı qadın qətlə yetirilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
APA-nın əldə etdiyi məlumata görə, Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.