Tatarıstan Rəisi Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm
Minnixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir
ki, məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Sizə – təcrübəli ictimai-siyasi və dövlət xadiminə məsuliyyətli
vəzifənizdə davamlı səmərəli fəaliyyət, Azərbaycan Respublikasının
hərtərəfli inkişafı üzrə çoxtərəfli vəzifələrin həllində uğurlar
arzulayıram. Qoy, doğma ölkəniz naminə quruculuq işləri və bütün
məqsədlər üzrə qazanılan nailiyyətlər Sizə haqlı olaraq məmnunluq
bəxş etsin, Azərbaycan xalqının dəstəyi Sizi yeni faydalı
ideyaların, perspektiv layihələrin həyata keçirilməsinə
ruhlandırsın və güc versin.

Möhkəm cansağlığı və xoşbəxtlik arzuları ilə Sizə və
yaxınlarınıza ən xoş diləklərimi çatdırıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir