Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor
Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım
Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir
ki, məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə
səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, çoxtərəfli
fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında
əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqətə görə Sizə dərin
minnətdarlığımı bildirirəm.

İnanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını
birləşdirən işgüzar tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət
bundan sonra da hərtərəfli şəkildə möhkəmlənəcəkdir”.