
Bakı. Trend:
Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində
yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal
əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb
olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, havanın küləkli olması
yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən
ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
xxx
12:11
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət
mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi
Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.

