Kürdəmirdə yol qəzası olub, ölən var

Baş səhifə

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən kecən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.

Fakt araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir