Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək – PROQNOZ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda həftənin ilk gününə gözlənilən hava proqnozu
açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı
gözlənilir. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb
küləyi ilə əvəz olunacaq.




Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti olacaq.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 759 millimetr civə
sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-45
faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin
gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış
yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və
səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39° isti,
dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir