
Bakı. Trend:
Avqustun 24-də saat 11:50 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, “Sədərək”
ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı
çağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən
məlumat verilib.
Bildirilib ki, çağırış əsasında ilkin olaraq 3 təcili tibbi
yardım briqadası ünvana cəlb olunub.