
Bakı. Trend:
“Sədərək” ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş
Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda
təhlükəsizlik tədbirləri görülür.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, “Sədərək “Ticarət
Mərkəzində baş vermiş yanğın səbəbindən əraziyə yaxın yollarda
hərəkətin intensivliyi artıb.
“Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb
olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir,
yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər
görürlər.
Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi
əməkdaşlarının tələblərinə riayət etsinlər”, – deyə bildirilib.

