Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub – Ölən var

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Moskva şəhərində yerləşən Mərkəzi Uşaq Mağazasında
partlayış olub.

Trend-in
məlumatına görə, bu barədə təcili yardım xidmətlərindən
bildiriblər.




Məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər
yaralanıb.

İlkin məlumatlara görə, partlayışa şarların doldurulması üçün
istifadə edilən qaz balonunda sızma səbəb olub.