“Sədərək” ticarət mərkəzində baş verən yanğında 2 nəfər tüstüdən zəhərlənib

Baş səhifə

Bakı. Trend:

Avqustun 24-də saat 11:50 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, “Sədərək”
ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı
çağırış daxil olub.

TƏBİB-dən Trend-in
sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında 3 təcili
tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi
cinsli) müraciəti qeydə alınıb.




Onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi
Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki
şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi
xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir,
müalicələri davam etdirilir.

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası
tərəfindən yerində tibbi yardım göstərilib.