
Bakı. Trend:
Kanada Ukraynaya silah tədarükü üçün 2 milyard Kanada dolları
(təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq.
Trend-in
məlumatına görə, bu barədə Kanada baş naziri Mark Karninin mətbuat
xidməti bildirib.
Məlumata əsasən, söhbət bu ilin iyununda keçirilən Yeddilik
Qrupunun (G7) sammitindən sonra elan ediləm yardım paketindən
gedir.
Ölkə hökuməti onu aşağıdakı şəkildə bölüşdürməyi planlaşdırır:
835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları)
zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı
silahlar, döyüş sursatı və partlayıcı maddələr, həmçinin pilotsuz
təyyarələrin alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada
dolları (491,52 milyon ABŞ dolları) NATO-nun Ukraynanın prioritet
ehtiyacları siyahısına uyğun olaraq Amerika silahlarının
çatdırılmasına xərclənəcək.

