Rusiya və Ukrayna əsir mübadiləsi apardı

Baş səhifə

Rusiya ilə Ukrayna arasında “146-nın 146-ya” qaydasına əsasən hərbi əsirlərin mübadiləsi baş tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir.

Rusiya hərbçiləribu ölkənin Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün təhvil veriləcək”, – nazirlikdən bildirilib.

Bundan əlavə, Ukrayna tərəfi Kursk vilayətinin sakinləri olan 8 vətəndaşı Rusiya tərəfinə təhvil verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.