
Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskiyi de-fakto rejimin rəhbəri kimi tanıyır və bu statusda onunla görüşməyə hazırdır.
Metbuat.az xəbər verir ki, bunu Rusiya İXN rəhbəri Sergey Lavrov NBC telekanalına verdiyi müsahibədə bildirib.
“Putin Zelenski ilə görüşməyə hazırdır, amma şərtlə ki, həmin görüşdə doğrudan da prezidentlik gündəliyi olsun. Onunla yalnız əlavə olaraq diqqət mərkəzində qalması üçün görüşmək məqsədəuyğun deyil”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.