Ukrayna humanitar yardıma görə dost Azərbaycana çox minnətdardır – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çox
minnətdardır.

Trend xəbər verir
ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “X” sosial
şəbəkəsindəki səhifəsində yazıb.

O, Ukrayna və Azərbaycanın hər zaman bir-birinin suverenliyini
və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik
Günü münasibətilə təbrikini, Ukraynaya və ukraynalılara hörmətini
yüksək qiymətləndirirəm. Möhtərəm Prezident, Ukrayna və Azərbaycan
hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü
dəstəkləyiblər. Humanitar və digər dəstəyə görə dost Azərbaycana
çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji
tərəfdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirik”, – deyə o
bildirib.