İsmayıllıda ik ev yanıb

Baş səhifə

Bakı. Trend:

İsmayıllı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Sərsurə
kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin,
bitişik sahəsi 70 m² olan talvarın, sahəsi 150 m² olan birmərtəbəli
3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı sahəsi 70 m²
olan tövlənin dam örtüyü və damına yığılan 8 ton ot bağlaması
yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı evlər
yanğından mühafizə olunub.




Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.