
3×3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub.
“Report”un məlumatına görə, yığma bu raundda Niderlanda uduzub – 8:21.
Komanda bu gün 1/4 finalda Rumıniyanın “Rapid” klubuna qalib gəlib – 18:15.
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib – 21:14.