İraq neft emalı gücünü artırır: gündəlik hədəf 1,65 milyon barrel

Baş səhifə

Bakı. Trend:

İraq neft emalı gücünü sutkada 1,3 milyon barrelə çatdırıb. Ölkə
iqtisadi sabitlik və enerji suverenliyini təmin etmək
strategiyasının bir hissəsi olaraq bu həcmi 1,65 milyon barrelədək
yüksəltməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudaninin mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, belə templər daxili bazarda neft məhsullarına
olan tələbatı tam ödəməyə, idxalı azaltmağa, milyardlarla xarici
valyutaya qənaət etməyə və eyni zamanda aviasiya yanacağının
ixracına başlamağa imkan verəcək.




Neft emalı gücünün artması İraqı xammal ixracatçısından neft
məhsulları bazarında mühüm oyunçuya çevirir. Bu, ölkənin iqtisadi
müstəqilliyini gücləndirir, yanacaq idxalından asılılığı azaldır və
regionun enerji balansına təsir göstərə bilər.

Qeyd olunub ki, neftin əsas təsir vasitəsi olduğu Yaxın Şərqdə
bu addım İraqın müstəqilliyinin möhkəmlənməsi və onun regional
geosiyasətdə rolunun artması anlamına gəlir.