Britaniya Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək

Baş səhifə

Böyük Britaniyanın təlimatçıları 2026-cı ildə Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın hərbi idarəsinin bəyanatında deyilir.

Məlumata görə, “İnterfleks” əməliyyatının (Ukraynalı hərbçilərin Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin standartlarına uyğun hazırlanması proqramı – red.) ən azı 2026-cı ilin sonuna qədər uzadıldığını müdafiə naziri Con Hili bəyan edib.

Nazirin sözlərinə görə, 2022-ci ilin əvvəlindən bu təlim proqramı çərçivəsində 50 mindən çox ukraynalı hərbçi həyati vacib döyüş bacarıqları əldə edib. Beş həftədən yeddi həftəyə qədər uzadılan təlim əsasən Böyük Britaniyada həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir